MƏDƏNİYYƏT


Gənc rəssamın “Yeni adlar” adlı ilk fərdi sərgisi açılıb

Bakı, 18 may, AZƏRTAC

Mayın 18-də “Azad Azərbaycan” şirkətinin “ATV Qalereya” sərgi salonunda gənc rəssam Zərnişan Yusifin “Yeni adlar” adlı ilk fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə gənc rəssamın 33-dək sənət əsəri yer alıb.

Açılış mərasimində ATV-nin bədii şurasının rəhbəri Etibar Babayev çıxış edərək sərginin əhəmiyyətindən söz açıb.

Bildirilib ki, sərgiyə təqdim olunan sənət əsərlərinin qədim Bakı mövzusunda olması təqdirəlayiqdir. Müəllif emosional hissələrini rənglərin vasitəsilə məharətlə ifadə edib.

Xalq Rəssamı Arif Hüseynov diqqətə çatdırıb ki, sənət əsərlərinin vətənpərvərlik ruhu aşılaması ilk növbədə rəssamın vətəninə və sənətinə olan sevgisinin təcəssümüdür.

Çıxış edənlər, həmçinin Zərnişan Yusifin fərdi üslubunu qeyd ediblər və müəllifə uğurlar arzulayıblar.

Gənc rəssam sərgiyə gələnlərə minnətdarlığını bildirib və hamını yaradıcılığı ilə yaxından tanış olmağa dəvət edib.

“Yeni adlar” adlı sərgi bir ay davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.