MƏDƏNİYYƏT


Gənc rəssamın “Yüksək ideyalar yolunda“ adlı sərgisi açılacaq

Bakı, 9 yanvar, AZƏRTAC

Yanvarın 14-də görkəmli Azərbaycan rəssamı Soltan Soltanlının rəngkarlıq əsərlərindən ibarət “Yüksək ideyalar yolunda“ adlı sərgisi açılacaq.

AZƏRTAC xəbər verir ki, sərgidə rəssamın son iki ildə yaratdığı 30 rəngkarlıq əsəri nümayiş olunacaq.

Qeyd edək ki, Soltan Soltanlı təsviri sənətin rəngkarlıq, qrafika və karikatura sahələri ilə məşğul olur. Rəssam uzun illərdir ölkəmizi beynəlxalq yarışma və sərgilərdə layiqincə təmsil edərək yüksək mükafatlara layiq görülüb. Əsərləri dünyanın 50-dən çox ölkəsində muzey və şəxsi kolleksiyalarda qorunur.

Çağdaş rəssamlığın uğurlu örnəklərindən olan rəssamın əsərləri birbaşa hansısa ideya və mövzu ilə bağlı olub həmin ideyanın açılmasına xidmət edir. Onun əsərləri üçün fəlsəfilik, məntiqilik və yüksək bədiilik xarakterikdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.