MƏDƏNİYYƏT


Gənc rəssamlar arasında elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Bakı, 16 may, AZƏRTAC

“Azərbaycanım” V Respublika Uşaq Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq.

AZƏRTAC xəbər verir ki, müsabiqəyə seçilmiş əsərlər mayın 18-dən 21–dək Xətai Sənət Mərkəzində nümayiş olunacaq.

Əsərləri elektron kataloqda yerləşdirilmiş müəlliflər əsərlərini mayın 16-dan sonra Xətai Sənət Mərkəzinə sərgilənmək üçün təqdim etməlidir.

Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və təşəkkürnamə ilə təltif olunacaqlar. Hər yaş qrupu üzrə ən yaxşı 10 əsərin müəllifi festivala dəvət olunacaq. Festival iştirakçıları diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Qeyd edək ki, müsabiqə Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Şuşa İli”nə töhfə olaraq, uşaqların, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, onların əhatə olunduqları mədəni mühitə yanaşma tərzinin təkmilləşdirmək, onların bədii zövqünü inkişaf etdirmək, Azərbaycan xalqının mədəniyyətini, şanlı Azərbaycan əsgərinin qəhrəmanlığını, işğaldan azad olunmuş ərazilərimizin mədəni irsinin daha geniş təbliği məqsədilə elan olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.