MƏDƏNİYYƏT


Gənc rəssamlar üçün rəsm müsabiqəsi davam edir

Bakı, 2 aprel, AZƏRTAC

Xəbər verdiyimiz kimi, “Arts Council Azerbaijan” təşkilatının təşəbbüsü ilə “Art Tover” qalereyası rəsm müsabiqəsi elan edib.

AZƏRTAC xəbər verir ki, “Start” layihəsi çərçivəsində gerçəkləşən müsabiqə Mədəniyyət və Turizm Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Gənclər Şəbəkəsinin dəstəyi ilə təşkil olunub.

Gənc və həvəskar rəssamların inkişafı üçün nəzərdə tutulan müsabiqənin kuratoru Natalya Yarkovayadır. Müsabiqədə fırça ustalarının fərqli üslubda və texnikada işlənən sənət əsərləri- rəngkarlıq, qobelen və heykəltəraşlıq nümunələrinə üstünlük veriləcək. İştirak etmək istəyənlər əsərlərini aprelin 20-dək [email protected] elektron ünvanına göndərə bilərlər.

“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının bu sərgini təşkil etməkdə məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, Azərbaycan rəssamlarını tanıyıb və tanıtdırmaqdır.

Qeyd edək ki, toplanmış əsərlərdən ibarət sərginin mayın 1-də açılacağı nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.