MƏDƏNİYYƏT


Gənc rəssamların “Yeni simalar” adlı sərgisi açılacaq

Bakı, 22 dekabr, AZƏRTAC

Dekabrın 24-də Mədəniyyət və Turizm Nazirliyi təşkilatçılığı ilə Xətai Sənət Mərkəzində gənc rəssamların əsərlərindən ibarət “Yeni simalar” adlı sərgi açılacaq.

Sərgi Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasına, Mədəniyyət və Turizm Nazirliyinin “Gənc rəssamlarla iş Konsepsiyası”na əsasən təşkil olunur.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Yeni simalar” adlı sərgi gənc rəssamların üzə çıxarılması, onların yeni yaradılmış sənət əsərlərinin nümayişi, gənc simaların ictimaiyyətə təqdim edilməsi məqsədilə keçirilir.

Dekabrın 26-dək davam edəcək sərgidə gənc rəssamların rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri nümayiş etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.