REGİONLAR


“Gənc rəssamların incəsənət döyüşü” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Şahbuz, 29 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Rəssamlar Birliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən “Gənc rəssamların incəsənət döyüşü” rəsm müsabiqəsinin qalibləri müəyyənləşib.

Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müsabiqədə 26 rəssam iştirak edib. Qaydalara əsasən, onlar Şahbuz rayonunda yerləşən Ağbulaq İstirahət Mərkəzinin və Ağbulaq kəndinin gözoxşayan mənzərələrini tabloya köçürüblər.

Müsabiqənin qalibləri 5 nəfərdən ibarət münsiflər heyətinin ümumi qərarına əsasən müəyyənləşib. Selcan Hacızadə ilə Çinar Hacıyev birinci, Türkan Əsədova, Tənzilə İbadova və Cəlil Xudiyev ikinci, Özcan Babayev, Gülçöhrə Abbasova və Jalə Cəfərli isə üçüncü yerə layiq görülüb.

Ağbulaq İstirahət Mərkəzində keçirilən tədbirdə çıxış edənlər muxtar respublikada gənclərin yaradıcılıq qabiliyyətinin formalaşdırılması və inkişafı istiqamətində atılan addımlardan bəhs ediblər.

Sonra gənc rəssamlar təşkilatçılar tərəfindən diplom, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.