İQTİSADİYYAT


Gənc sahibkarlar mükafatlandırılıb

Bakı, 10 sentyabr, AZƏRTAC 

Sentyabrın 9-da dünya kuboku uğrunda yarışan gənc sahibkarların mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mükafatlandırma mərasimində Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nadir Adilov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizov iştirak edərək, qalib komandaların hər birinə kubok, sertifikatlar, komanda kapitanlarına hədiyyələr və nominasiyalar üzrə seçilmiş komanda üzvlərinə hədiyyələr təqdim ediblər.

Gənclər Fondu və BP şirkətinin təşkilatçılığı ilə “2020-ci il Enactus Azərbaycan Virtual Milli Yarışı” keçirilib. Final mərhələdə iştirak edən 16 komandadan 4-ü yarışın finalına vəsiqə qazanıb və məhz onlar arasından qaliblər və nominasiyalar üzrə mükafatçılar yarışın idarə heyətinin üzvləri tərəfindən seçilib.

Builki yarışın qalibi seçilən Bakı Dövlət Universitetinin komandası cari ilin sentyabr ayında virtual şəkildə keçiriləcək “Enactus Dünya Kuboku 2020”də ölkəmizi təmsil etmək hüququ qazanıb.

1975-ci ildə ABŞ-da təsis edilən “Enactus” proqramı indiyədək 72 mindən artıq iştirakçını əhatə edib və hər il 1.3 milyon insanın həyatını müsbət istiqamətdə dəyişir.

Əsas məqsədi gəncləri sahibkarlıq fəaliyyətinə cəlb etmək, onların nəzəri biliklərini təcrübədə tətbiq etmələrinə yardım göstərmək, biznes, təhsil və sosial layihələr həyata keçirmək, xüsusilə də ölkələrdə kiçik və orta sahibkarlığın inkişafına dəstək vermək olan “Enactus” proqramına Azərbaycan 2005-ci ildən qoşulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.