CƏMİYYƏT


Gənc sahibkarların ünsiyyət bacarıqlarını inkişaf etdirən layihə uğurla yekunlaşıb

Bakı, 6 may, AZƏRTAC

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı, “Youth Inc” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə “Azerbaijan Public Speaking Competition” platforması çərçivəsində “SAHNA 2.0 - Effektiv natiq – uğurlu sahibkar” layihəsinin bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, bağlanış mərasimində özəl qurumlar, gənclər təşkilatlarının rəhbər və nümayəndələri, fəal gənclər iştirak ediblər.

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova təşkilatın fəaliyyəti, ictimai nitqlə bağlı layihələri özündə birləşdirən platforma barədə məlumat verib. O, beş bölgə üzrə yüz əllidən çox gənci əhatə edən layihənin əsas məqsədinin ideyası, startapı və ya biznesi olan gənclərin, gənc sahibkarların natiqlik, təqdimat və ünsiyyət bacarıqlarını inkişaf etdirmək, investorlar qarşısında uğurlu çıxış etmələrinə kömək etmək, sahibkarlıq fəaliyyətinə dəstək olmaq olduğunu vurğulayıb.

Tədbirdə Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Milli Məclisin deputatları Pərvin Kərimzadə, Naqif Həmzəyev çıxış edərək təşkilatın fəaliyyətinin gənclərin inkişafındakı rolunu qeyd edib və finalçılara uğurlar arzulayıblar.

Sonra fərqli sahələrdə nitqin rolu və uğuru mövzusunda ADA Universitetinin kommunikasiya və rəqəmsal media proqramının rəhbəri Şəfəq Mehrəliyeva, “Whelp Inc və SmilePay” MMC-nin baş icraçı direktoru Seymur Rəsulov, “PwC Azerbaijan” şirkətinin şöbə müdiri Aysel Həsənli, “Altair Technologies” MMC-nin baş icraçı direktoru və təsisçisi Balağa Cəfərovun iştirakı ilə gənclərlə dialoq şəklində panel müzakirəsi keçirilib.

Panel müzakirəsindən sonra Bakı, Gəncə, Şəki, Mingəçevir, Lənkəran şəhərləri üzrə finala vəsiqə qazanan beş iştirakçı təqdimatlar əsasında çıxış edib.

Layihənin qalibi Bakı şəhərini təmsil edən Elçin Cəfərli olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.