MƏDƏNİYYƏT


Gənc şairin şeirlər kitabının təqdimatı olub

Bakı, 14 yanvar, AZƏRTAC

Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsində gənc şair Cahandar Aybərin “Alnımızdandır göy üzü” adlı ilk kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin təşkilatçılığı ilə reallaşıb.

Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin rəhbəri Xəzangül Hüseynova gənc şairin heç kimə bənzəməyən poetik dünyasından söz açıb.

Kitabın “Ön söz” müəllifi şair Sahib İbrahimli bildirib ki, Cahandar Aybər fərdi yazı üslubuna, orijinal dəstxəttə yiyələnmək istiqamətindəki səyləri təqdirəlayiqdir. Onun şeirlərinin poetik uğrunu təmin edən əsas amillərdən biri də folklor ənənələrindən qidalanmasıdır.

Tədbir çərçivəsində Aydın Murovdağlı, Nüşabə Əsəd Məmmədli, İnqilab İsaq, Saleh Qurbanov, Fazil Sənan, Vüsal Hicran və başqaları gənc şairin yaradıcılığından danışıb, ona poetik axtarışlarında uğurlar arzulayıblar.

Sonda gənc şair tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.