MƏDƏNİYYƏT


Gənc sənətşünaslar arasında müsabiqə elan edilib

Bakı, 4 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Rəsm Qalereyası “Evdə qal, qalib gəl!” layihəsi çərçivəsində gənc sənətşünaslar üçün məqalə müsabiqəsi elan edib.

Qalereyadan AZƏRTAC-a bildirilib ki, müsabiqə gənclərin mədəni inkişafında rolunu artırmaq, elmi araşdırma və analitik düşünmə qabiliyyətini təkmilləşdirmək, gənclərin maarifləndirilməsi, elmi fəaliyyətinin stimullaşdırılması, onların nailiyyətlərinin qiymətləndirilməsi məqsədi ilə həyata keçirilir.

Müsabiqədə 18-35 yaş arasında ''AXIN'' qrupunun üzvü olan sənətşünaslar iştirak edə bilər. Müsabiqə 2 mərhələdən ibarət olacaq. Birinci mərhələdə sənətşünaslar münsiflər tərəfindən əvvəlcədən hazırlanmış mövzulardan birini seçərək iştirak edə bilərlər.

Məqalələr qiymətləndirilərkən müsabiqə mövzusuna uyğun ixtisaslaşmış, gənc alim və mütəxəssislər tərəfindən müsabiqə müddətində yazılmış orijinal məqalələrin təqdim edilməsi tələb olunur.

Sonda peşəkar sənətşünaslardan ibarət münsiflər heyəti tərəfindən qalib olaraq seçilmiş ən yaxşı elmi işlərin müəlliflərinə diplom və pulla mükafatı veriləcək.

Qalib olan hər bir məqalənin “Mədəniyyət” jurnalının müxtəlif buraxılışlarında dərc edilməsi nəzərdə tutulur.

Müsabiqəyə qoşulmaq istəyənlər Azərbaycan Dövlət Rəsm Qalereyasının “Whatsapp” nömrəsi (0777173337) ilə əlaqə saxlanmalıdılar. Yazılar qalereyanın e-mail adresinə ([email protected]) göndərilməlidir. Məqalələrin son qəbulu mayın 10-dəkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.