MƏDƏNİYYƏT


Gənc sənətşünaslar tanınmış rəssamın emalatxanasında iş prosesi ilə tanış olublar

Bakı, 26 sentyabr, AZƏRTAC

Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Emalatxanada görüş” layihəsinin üçüncü mərhələsi davam edir.

Qalereyadan AZƏRTAC-a bildirilib ki, layihənin növbəti mərhələsi Xalq Rəssamı Tofiq Ağababayevin emalatxanasında baş tutub. Görüşdə gənc sənətşünaslar tanınmış rəssamın emalatxanasında iş prosesi ilə yaxından tanış olublar, rəssamlıq sənətinin özəllikləri ətrafında müzakirələr aparıblar.

Layihə gənc sənətşünaslarla birgə Azərbaycan rəssamlıq sənətinin müasir inkişaf məsələlərinin, rəssamların bədii yaradıcılıq axtarışlarının, onların yaradıcılığındakı bədii tendensiyaların, orijinal ideyaların müzakirəsinə, araşdırılmasına və geniş auditoriyaya əyani təqdim edilməsinə yönəlib. Layihənin məqsədi gənc sənətşünaslarda tədqiqat və yaradıcı müzakirə vərdişlərinin təkmilləşməsinə stimul yaratmaqdan ibarətdir.

Qeyd edək ki, növbəti görüşün Xalq Rəssamı Fazil Nəcəfovun emalatxanasında keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.