İDMAN


Gənc sərbəst güləşçilər arasında Bakı çempionatının qalibləri müəyyənləşib

Bakı, 29 yanvar, AZƏRTAC

Hövsan Olimpiya İdman Kompleksində gənc sərbəst güləşçilər arasında Bakı çempionatı keçirilib.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, yarışda ümumilikdə 80-ə yaxın sərbəst güləşçi paytaxt birinciliyində mübarizə aparıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Rəhman İmanov (57 kq), Namiq Əsgərli (61 kq), Əbülfəz Nəsirov (65 kq), Mürşüd Hüseynov (70 kq), Elvin Dünyamalıoğlu (74 kq), Əhməd Kudyarov (79 kq), Əvəz Seydalısoy (86 kq), İsmayıl Cəfərov (92 kq), İsmayıl Cabbarlı (97 kq) və Kənan Albabayev (125 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.