İDMAN


Gənc sərbəst güləşçilərimiz Yakutskda güclərini sınayacaqlar

Bakı, 29 aprel, AZƏRTAC

Aprelin 30-da Rusiyanın Yakutsk şəhərində sərbəst güləş üzrə Olimpiya, dünya və Avropa çempionu Roman Dmitriyevin xatirə turnirinə start veriləcək.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, gənclər arasında keçiriləcək ənənəvi yarışda ölkəmiz də təmsil olunacaq. İki gün davam edəcək turnirdə gənclərdən ibarət millimizin böyük məşqçisi Cəbrayıl Həsənovun rəhbərliyi altında Murad Haqverdiyev (57 kq), Sabir Cəfərov (65 kq) və Cəbrayıl Hacıyev (74 kq) çıxış edəcəklər.

Hər 3 güləşçi iki il əvvəl Bakıda keçirilən Avropa Gənclər Olimpiya Festivalının mükafatçısı olub. Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışda M.Haqverdiyev, C.Hacıyev qızıl, S.Cəfərov isə gümüş medal qazanıblar. Bundan başqa, S.Cəfərov yeniyetmələr arasında Avropa çempionu, M.Haqverdiyev yeniyetmələr arasında Avropa ikincisi və dünya üçüncüsü, C.Hacıyev isə yeniyetmələr arasında dünya çempionu və Avropa ikincisi ünvanına sahib olub.

Qeyd edək ki, aprelin 30-da xatirə turnirində bütün çəkilər üzrə mübarizəyə start veriləcək və günün sonunda finalçılar müəyyənləşəcək. Mayın 1-də isə təsəlliverici görüşlər və medallar uğrunda qarşılaşmalarla yarışa yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.