İDMAN


Gənc taekvondoçuların dünya çempionatında ölkəmizi 15 idmançı təmsil edəcək

Bakı, 31 iyul, AZƏRTAC

Gənc taekvondoçulardan ibarət Azərbaycan milli komandasının avqustun 2-də Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək dünya çempionatı üçün heyəti açıqlanıb.

AZƏRTAC Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, 6 gün davam edəcək yarışda ölkəmizi 15 idmançı təmsil edəcək.

800-dən artıq taekvondoçunun iştirak edəcəyi mundialda oğlanlar arasında Xıdır Məmmədov (45 kq), Pünhan Mürsəlov (48 kq), İslam Əhmədzadə (51 kq), Kənan Əmiraslanov (55 kq), Fərid Əliyev (59 kq), Nizami Hacıyev (63 kq), Xan Məmmədzadə (68 kq), Vaqif Hacıyev (73 kq), İsmət İsrafilzadə (78 kq), qızlardan isə Zemfira Həsənzadə (42 kq), Səlimə Quliyeva (44 kq), Nərgiz Kazımova (46 kq), Səmməruh Osmanova (49 kq), Leyla Bəşirova (52 kq) və Fatimə Həsənova (55 kq) medallar uğrunda dayanq üzərinə çıxacaqlar.

Taekvondoçular dünya çempionatına qatılmaq üçün artıq Bolqarıstana yollanıb. Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev də idmançıları dəstəkləmək üçün Sofiya şəhərindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.