ELM VƏ TƏHSİL


Gənc tədqiqatçı Abşeron Milli Parkında reptililərin növ müxtəlifliyini və ekoloji xüsusiyyətlərini araşdırıb

Bakı, 25 iyun, AZƏRTAC 

AMEA-nın Zoologiya İnstitutunun Onurğalılar zoologiyası ixtisası üzrə II kurs magistrantı Aqiyə Quliyevanın dissertasiya işinin onlayn müdafiəsi keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, müdafiədə AMEA-nın Botanika İnstitutunun direktoru, biologiya elmləri doktoru Validə Əlizadə, Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru Pənah Muradov, Zoologiya İnstitutunun təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Türkan Qurbanova, Quru onurğalıları laboratoriyasının elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Gülbəniz Qasımova iştirak ediblər.

Magistrant Aqiyə Quliyeva “Abşeron Milli Parkında reptililərin növ müxtəlifliyi və ekoloji xüsusiyyətləri” mövzusunda dissertasiya işini müzakirəyə təqdim edib. Mövzu ilə bağlı geniş müzakirələr aparıldıqdan sonra səsvermə keçirilib və dissertasiya işi müvafiq meyarlar üzrə qiymətləndirilib. Səsvermənin nəticələrinə əsasən, Aqiyə Quliyevaya magistr dərəcəsinin verilməsi haqqında qərar qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.