ELM VƏ TƏHSİL


Gənc tədqiqatçı beynəlxalq müsabiqənin qalibi olub

Gənc tədqiqatçı beynəlxalq müsabiqənin qalibi olub

Bakı, 28 yanvar, AZƏRTAC

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Dəmir dövrü arxeologiyası şöbəsinin elmi işçisi Lola Hüseynova “London Arts and Humanities Partnership” və “Caucasus Throug Time Network”un birgə təşkil etdiyi beynəlxalq fototədqiqat müsabiqəsinin qalibi olub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, müsabiqə humanitar sahələr, arxeologiya, qədim tarix, etnoqrafiya, antropologiya, incəsənət, mədəni irs sahələrində çalışan gənclər üçün profillərini gücləndirməklə yanaşı, onlara öz tədqiqatlarını yaradıcı və effektiv şəkildə ictimaiyyətə çatdırılması imkanı yaradılması məqsədilə təşkil olunub.

L.Hüseynovanın “Bu, saxsı parçası deyil, bir tarixdir” mövzusunda çıxışı 24 təqdimat arasından ictimaiyyətə təqdim olunan açıq səsvermə yolu ilə birinci yerə layiq görülüb, pulla mükafatlandırılıb.

Qeyd edək ki, təqdimat “London Arts and Humanities Partnership”in veb-səhifəsində çap olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.