ELM VƏ TƏHSİL


Gənc tədqiqatçılar “Horizon” proqramı barədə məlumatlandırılıb

Gənc tədqiqatçılar “Horizon” proqramı barədə məlumatlandırılıb

Bakı, 16 yanvar, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Avropa Komissiyasının gənc tədqiqatçılar üçün nəzərdə tutulan “Horizon” Avropa Tədqiqat və İnnovasiya Proqramı üzrə məlumatlandırma günündə iştirak ediblər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə İdarəetmə Sistemləri İnstitutunun Xarici əlaqələr şöbəsinin müdiri texnika elmləri üzrə fəlsəfə doktoru Tofiq Babayev “Horizon” Avropa proqramı üzrə klasterlər, prioritetlər, gözlənilən nəticələr, maliyyə imkanları və proqrama müraciət haqqında məlumat verib, gənc tədqiqatçları beynəlxalq qrant layihələrində fəal iştirak etməyə çağırıb.

“COST proqramı və Azərbaycan alimləri üçün imkanlar” mövzusunda məruzə ilə Avropa Tədqiqatları Mərkəzi və COST Action üzrə milli əlaqələndirici şəxs, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin departament direktoru İlham Hümbətov çıxış edib. İ.Hümbətov COST-un üstünlükləri, bu proqramda iştirak qaydaları, mövcud layihələr və onlara müraciət yolları, Azərbaycan mütəxəssislərinin son illərdə əldə etdiyi nailiyyətlər barədə məlumat verib.

Sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun icraçı direktoru tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov proqramın əsas məqsədindən bəhs edib. Z.Həsənov “Horizon” çərçivəsində yeniliklər, doktorant və postdoktorant səviyyəsində fərdi və kollektiv mübadilə qrantları və onlara müraciət qaydaları haqqında da danışıb.

Tədbirdə, həmçinin Azərbaycanın gənc alim və mütəxəssislərinin “Horizon” proqramında iştirakı ilə bağlı məlumat diqqətə çatdırılıb.

Yekunda “Horizon” proqramı üzrə seminar və təlimlərin mütəmadi olaraq fərdi və kollektiv formalarda keçirilməsi təklif edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.