ELM VƏ TƏHSİL


Gənc tədqiqatçılar arasında “Open Science” təcrübəsi təbliğ olunub

Bakı, 12 mart, AZƏRTAC 

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Gənc tədqiqatçılar arasında “Open Science” təcrübəsinin təbliği” layihəsi çərçivəsində seminar keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, professor Zahid Məmmədov gənc tədqiqatçılar arasında müasir dünyanın tətbiq etdiyi yeni innovativ ideyaların təbliğ olunmasının əhəmiyyətindən danışıb.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin (AGAAMC) sədri İlqar Orucov Gənclər Fondu barədə təqdimatla çıxış edib. Bildirib ki, fondun əsas məqsədi gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli proqramları qrant şəklində maliyyələşdirmək, gənclərə maliyyə köməyi nəzərdə tutan layihələri dəstəkləməkdən ibarətdir.

“Open science – elmin inkişafı üçün yeni konsepsiyalar” mövzusunda çıxış edən AGAAMC-nin nümayəndəsi, dosent Ruslan Rəhimli layihənin məqsəd və vəzifələrindən bəhs edib. Seminarda iştirak edən “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Rahil Nəcəfov indeksli elmi jurnallara çıxış imkanları barədə iştirakçılara ətraflı məlumat verib. AGAAMC-nin eksperti Sevinc Ədilova açıq tədqiqat materiallarından danışıb.

Seminar müzakirələrlə davam edib.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.