ELM VƏ TƏHSİL


“Gənc tədqiqatçılar üçün elmi data bazalar haqqında seminarlar” – layihə

“Gənc tədqiqatçılar üçün elmi data bazalar haqqında seminarlar” – layihə

Bakı, 1 fevral, AZƏRTAC

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti Gənclər Fondunun dəstəyi ilə “Gənc tədqiqatçılar üçün elmi data bazalar haqqında seminarlar” layihəsinin hazırlıq işlərinə başlayıb. Layihə çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında gənc tədqiqatçılar, doktorantlar, magistrlər, gənc müəllimlər üçün seminarlar keçiriləcək.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, seminarlarda beynəlxalq elmi data bazalar və indekslər haqqında təqdimatlar ediləcək, iştirakçılara “SCOPUS”, “Web of Science”, “Science Citation Index Expanded” (SCIE), “Social Sciences Citation Index” (SSCI) və s. haqqında məlumat veriləcək. Onlar bu sistemlərə üzv olmaq və onlardan istifadə yolları, data bazalarına, “open science” platformalarına çıxış imkanları barədə məlumatlandırılacaq. Həmçinin gənc tədqiqatçılar “Research gate”, “Mendeley”, “Figshare”, həmçinin DOAJ, ORCID, DOİ haqqında da biliklər əldə edəcəklər. Seminarlarda iştirakçılara bukletlər paylanacaq, sertifikatlar təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.