ELM VƏ TƏHSİL


Gənc torpaqşünas alimlərin fəaliyyət planı ilə bağlı müzakirələr aparılıb

Bakı, 14 yanvar, AZƏRTAC

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Tədbirdə institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tərlan Yelmarlı rəhbərlik etdiyi təşkilatın 2022-ci ildə nəzərdə tutulan tədbirlər planı haqqında məsələni iclas iştirakçılarının nəzərinə çatdırıb.

İclasda AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayev gənclərin akademiyanın elmi-ictimai fəaliyyətində mühüm rol oynadıqlarını bildirib.

Daha sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının 2022-ci il üçün fəaliyyət planı ilə bağlı müzakirələr aparılıb.

Sonda institutun baş direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyev çıxış edərək gənclərə təklif və tövsiyələrini verib, uğurlar arzulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.