MƏDƏNİYYƏT


Gənc vokalçı Londonda “Səni tərənnüm edirəm, müasir Azərbaycanım” adlı konsert proqramı ilə çıxış edəcək

Bakı, 13 yanvar, AZƏRTAC

Gənc və istedadlı vokalçı Ramil Qasımov Böyük Britaniyanın paytaxtı Londonda “Səni tərənnüm edirəm, müasir Azərbaycanım” adlı geniş konsert proqramı ilə çıxış edəcək.

Ramil Qasımov AZƏRTAC-a bildirib ki, London Simfonik Orkestri ilə birgə çıxış edəcəyi konsertin proqramına görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Tofiq Quliyev, Rauf Hacıyev, Səid Rüstəmovla yanaşı, dünya bəstəkarlarının da əsərləri daxil edilib.

Konsertin yaxın aylarda reallaşdırılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.