REGİONLAR


“Gənc xilasedici və yanğınsöndürən” ümumrespublika yarışının zona birinciliyinin qalibləri məlum olub

Bakı, 23 aprel, AZƏRTAC 

Aprelin 23-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin əhatə etdiyi bölgədə yerləşən şəhər və rayonların məktəbləri arasında “Gənc xilasedici və yanğınsöndürən” ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə yarış iştirakçıları mərkəzin həyətində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüblər.

Tədbirdə çıxış edən natiqlər yarışların yeniyetmələrin, gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərdə şəxsi təhlükəsizliklə bağlı məsuliyyət hissinin artırılması, gənc nəslə hərbi vətənpərvərlik ruhunun və sağlam həyat tərzinin aşılanmasında böyük rol oynadığı bildirib.

Birincilikdə Gəncə şəhərinin, Göygöl, Daşkəsən, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Kəlbəcər və Samux rayonlarının komandaları müxtəlif mərhələlərdə güclərini sınayıblar. Mərhələlər üzrə toplanan ümumi xalların nəticəsinə görə, Daşkəsən rayonu 1 nömrəli tam orta məktəbin komandası birinci, Gəncə şəhəri 14 nömrəli tam orta məktəbin komandası ikinci, Samux rayonu 3 nömrəli tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüb. Qaliblərə diplomlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.