MƏDƏNİYYƏT


Gənc yazarların “Mirzə Şəfi məclisi”nin üzvlərinin növbəti toplantısı olub

Bakı, 10 aprel, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxanasının nəzdində fəaliyyət göstərən gənc yazarların “Mirzə Şəfi məclisi”nin növbəti toplantısı təşkil olunub.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, toplantıda Sabunçu rayonunun 137 nömrəli tam orta məktəbin və Suraxanı rayonu 84 nömrəli tam orta məktəbin şagirdləri yeni yazdıqları şeir və hekayələri məclis üzvlərinə təqdim ediblər.

Qeyd edək ki, kitabxananın nəzdində ötən il yaradılan “Mirzə Şəfi məclisi”nin rəhbəri, uşaq yazıçısı Gülzar İbrahimovadır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.