REGİONLAR


Gəncə Alüminium Kompleksində fasiləsiz tökmə və soyuq yayma xətlərinin texniki auditi keçirilib

Bakı, 8 may, AZƏRTAC

Gəncə Alüminium Kompleksində 2013-cü ildə istifadəyə verilmiş Çin Xalq Respublikasının "CNPT" şirkətinin istehsalı olan fasiləsiz tökmə və soyuq yayma xətlərinin texniki auditi keçirilib.

"Azərbaycan Sənaye Korporasiyası" ASC-dən AZƏRTAC-a bildirilib ki, audit "Azəralüminium" MMC-nin dəvəti ilə alüminium xəlitələri avadanlıqlarının istehsalı sahəsində dünyanın aparıcı müəssisələrindən biri olan Almaniyanın "AXHENBACH BUSCHHUTTEN" şirkətinin mütəxəssisləri tərəfindən aparılıb.

Audit zamanı qarşıya qoyulan texniki tapşırığın əsasını - əsas istehsalatda istismar olunan texnoloji avadanlıqların real istehsal güclərinin qiymətləndirilməsi, alüminium təbəqələrinin qalınlığının dəqiqliyi, müstəviliyi və keyfiyyət göstəriciləri, yayma sürəti, məhsuldarlığı və digər istehsalat göstəricilərinin yaxşılaşdırılması imkanlarının araşdırılması təşkil edib.

İstehsal avadanlıqlarının və texnoloji proseslərin auditinin nəticəsi olaraq, dəvət olunmuş mütəxəssislər tərəfindən yeni istehsal və keyfiyyət göstəricilərinə nail olunması istiqamətində təkliflər təqdim olunub.

"Azəralüminium" MMC "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin törəmə müəssisəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.