REGİONLAR


Gəncə Aqrobiznes Assosiasiyası istehsalçı qruplar üçün təlimlərə başlayıb

Gəncə, 1 iyun, Rauf Hacıyev, AZƏRTAC

Gəncə Aqrobiznes Assosiasiyası (GABA) "Ağıllı Fermer Təsərrüfatı" layihəsi çərçivəsində yaradılmış istehsalçı qruplar üçün təlimlərə başlayıb.

AZƏRTAC xəbər verir ki, ilk təlim Samux rayonunun Ziyadlı kəndində açıq və örtülü sahə tərəvəzçiliyi üzrə layihə ekspertləri tərəfindən təşkil edilib. Təlimin əsas məqsədi qrup üzvlərinə istixananın tikilməsi və təchizatı, istixanalar üçün şitil yetişdirilməsi və dünyada tətbiq olunan qabaqcıl kənd təsərrüfatı təcrübələri standartları barədə məlumatlar verilməsidir.

İstehsalçılarının böyük marağına səbəb olan təlimdə ümumilikdə 13 fermer iştirak edib.

Qeyd edək ki, "Ağıllı Fermer Təsərrüfatı" layihəsi ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilib və Gəncə Aqrobiznes Assosiasiyası tərəfindən həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.