Gəncə Avtomobil Zavodunun Türkiyədə tikdiyi “Belarus” traktorlarının istehsalı zavodunun 2 korpusu inşa olunur
AzerTAg.az

Ankara, 26 aprel, AZƏRTAC
“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi tərəfindən Türkiyənin Kırıkkale bölgəsində inşa edilən “Belarus” markalı traktor istehsalı zavodunun daha iki korpusu yaxın 3 ayda istifadəyə veriləcək.
Bu barədə AZƏRTAC-a Azərbaycan-Türkiyə İstehsalat Birliyi (ATÜB) LTD şirkətinin direktoru Kənan Ece deyib.
O bildirib ki, Türkiyədə bu zavodun istehsalı olan traktorlara böyük maraq var: “Azərbaycan və Türkiyənin maşınqayırma sahəsində böyük mühəndis potensialı var. Bu intellektual gücün sayəsində zavoddakı istehsal prosesində əsaslı yeniliklər etməyi planlaşdırırıq. Yaxın 2 il ərzində bu zavodda yığılan traktorların ehtiyat hissələrinin ən azı 35 faizini Türkiyədə hazırlamaq əsas hədəflərimizdəndir”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Xəbərin mətnində orfoqrafik səhv var