MƏDƏNİYYƏT


Gəncə Dövlət Dram Teatrı Gürcüstanda beynəlxalq festivalda iştirak edəcək

Bakı, 4 iyul, AZƏRTAC

Gəncə Dövlət Dram Teatrı Gürcüstanda keçirilən Nodar Dumbadze adına II Beynəlxalq Teatr Festivalında iştirak edəcək.

AZƏRTAC Gürcüstan saytlarına istinadla xəbər verir ki, festival iyulun 5-dən 14-dək Gürcüstanın Quriya diyarının Çoxatauri Mədəniyyət Sarayında keçiriləcək. Festivala Azərbaycanla yanaşı, Gürcüstan və Rusiyanın teatr truppaları qatılacaq. Festival Nodar Dumbadzenin 90 illiyinə və Gürcüstanın Ozurget teatrının yaranmasının 150 illik yubileyinə həsr olunub.

Tədbirdə Nodar Dumbadzenin səhnələşdirilmiş əsərlərini 13 teatr nümayiş etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.