REGİONLAR
Gəncə Dövlət Dram Teatrının direktoru beynəlxalq festivalda ölkəmizi təmsil edib
Gəncə, 7 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Cari il oktyabrın 6-9-da İstanbulda Türkiyənin məşhur festivallarından olan 4-cü Maltəpə Beynəlxalq Teatr Festivalı keçirilib.
Teatrdan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Festival Avrasiya Teatrlar Birliyinin xətti ilə gerçəkləşib. Azərbaycandan Gəncə Dövlət Dram Teatrının direktoru Aqil Bəhramlı və Avrasiya Teatrlar Birliyinin Azərbaycan təmsilçisi, teatrın aktyoru Yusif Cəfərov festivalda iştirak ediblər.
Qeyd edək ki, sözügedən festivalda Gəncə Dövlət Dram Teatrının direktoru Aqil Bəhramlı beynəlxalq münsiflər heyətinin tərkibində yer alıb.
Xatırladaq ki, bu il keçirilən 4-cü Maltəpə Beynəlxalq Teatr Festivalına 11 ölkədən 150 sənətçi qatılıb.