REGİONLAR
Gəncə Dövlət Filarmoniyasında beynəlxalq konfransın iştirakçıları üçün konsert təşkil olunub
Gəncə, 29 iyun, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə “Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi” mövzusunda keçirilən üçgünlük beynəlxalq elmi-praktik konfransın iştirakçıları üçün Gəncə Dövlət Filarmoniyasında konsert təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşaçılar arasında xarici qonaqların və ictimaiyyət nümayəndələrinin olduğu konsertdə Gəncə Dövlət Kamera və Xalq Çalğı Alətləri Orkestri və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Göygöl Dövlət Mahnı və Rəqs Ansamblı rəngarəng proqramla çıxış edib. Musiqi kollektivlərinin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının mahnıları, həmçinin xalq mahnıları təqdim olunub.
Xalq Artisti Şahnaz Haşımovanın, Əməkdar Mədəniyyət İşçisi Mehparə Cəfərovanın ifaları gecəyə xüsusi rəng qatıb.