MƏDƏNİYYƏT


Gəncə Dövlət Kukla Teatrı mövsümü “Məşədi İbad” tamaşası ilə açacaq

Bakı, 7 sentyabr, AZƏRTAC

Gəncə Dövlət Kukla Teatrı sentyabrın 19-da 32-ci teatr mövsümünü Üzeyir Hacibəylinin “Məşədi İbad” tamaşası ilə açacaq.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Rauf Avşarov, quruluşçu rəssamı Xatirə Avşarovadır.

Tamaşada rollarda Əməkdar artistlər Xudayət Əsgərov, Nağəddin Məmmədov və gənc aktrisa Nərmin Şərifova iştirak edirlər.

Mövsümün açılışına “SOS” uşaq kəndinin sakinləri və şəhid ailələrinin uşaqları da dəvət olunublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.