REGİONLAR


Gəncə Dövlət Universiteti “Ən məhsuldar region universiteti və elmi-tədqiqat müəssisəsi” nominasiyası üzrə mükafata layiq görülüb

Gəncə, 6 dekabr, Rauf Hacıyev, AZƏRTAC

Respublikamızın qərb bölgəsində ən böyük ali təhsil müəssisəsi olan Gəncə Dövlət Universiteti (GDU) “Web of Science Azerbaijan - 2018” mükafatlarının təqdimetmə mərasimində mükafata layiq görülüb.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, GDU "Ən məhsuldar region universiteti və elmi-tədqiqat müəssisəsi" nominasiyası üzrə təltif edilib.

Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında əməkdaşlığın yeni mərhələsinə həsr olunan tədbirdə mükafat Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadəyə verilib.

Müasir dövrdə hər bir universitetin elmi potensialının, elmi göstəricisinin, həmçinin həmin ali təhsil müəssisələrində çalışan professor-müəllim heyətinin nüfuzunun yüksək reytinqli elmi jurnallarda dərc olunan məqalələrinin sayı ilə ölçüldüyünü deyən P.Kərimzadə bildirib ki, hazırda GDU-da elmi-tədqiqat işləri ilə məşğul olmaq üçün hər cür şərait mövcuddur.

Alimlərin məqalələrinin nüfuzlu elmi jurnallarda dərc olunmasının universitetə reytinq qazandıran amillərin önündə gəldiyinə görə bu məsələyə GDU-da xüsusi həssaslıqla yanaşıldığını vurğulayan P.Kərimzadə qeyd edib ki, ali təhsil ocağında son 3 ildə impakt faktorlu jurnallarda çap olunan məqalələrin sayında nəzərəçarpan artım var.

“2016-cı ildə GDU-nun əməkdaşlarının həmin jurnallarda 7 məqaləsi dərc olunmuşdusa, 2017-ci ildə bu rəqəm 25-ə çatıb. Elmi məqalələrin hamısı Thomson Reuters Agentliyinin “Web of Science” bazasına daxil olan jurnallarda dərc edilib”, - deyə P.Kərimzadə bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.