REGİONLAR
Gəncə Dövlət Universiteti alimlərinin ixtirası olan iki qurğu beynəlxalq sərgidə nümayiş etdiriləcək
Gəncə, 10 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Gəncə Dövlət Universiteti 12-ci Azərbaycan beynəlxalq karyera sərgisində iştirak edəcək.
Universitetin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, sərgi Təhsil Nazirliyinin dəstəyi ilə oktyabrın 11-dən 13-dək Bakı Ekspo Mərkəzində keçiriləcək.
Sərgidə universitetin son illərdə elm, təhsil və idman sahəsində qazandığı uğurları, beynəlxalq əlaqələri, qoşulduğu beynəlxalq proqramlar – AESOP, PETRA, EQAC, ESFİDİP layihələri nümayiş etdiriləcək. Sərgidə, həmçinin universitetdaxili startap müsabiqələrində qalib gəlmiş ideyaların prototipləri olan meyvəqurudan qurğu ilə bal arılarını gənələrdən təmizləyən qurğu ilk dəfə sərgi iştirakçılarına təqdim ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [21:36]
Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar
- 28.03.2024 [20:40]
Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub
- 28.03.2024 [20:22]
Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]