Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Gəncə Dövlət Universitetində “Yeni bir fikrim var” təşəbbüskarlıq müsabiqəsinin qalibləri mükafatlandırılıblar VİDEO

Gəncə, 22 fevral, Rauf Hacıyev, AZƏRTAC

Müasir dövrdə təhsilin paradiqmasının dəyişməsi ilə əlaqədar hazırkı universitetlər elm və təhsil müəssisələri olmaqla yanaşı, həm də yeni innovativ ideyaları dəstəkləyən, onların cəmiyyətə və sənayeyə tətbiqini həyata keçirən, eləcə də elm-təhsil-sənaye üçlü modelinin inkişafına təkan verən böyük intellektual mərkəzlərdir. Son illər Azərbaycanda bütün sahələrdə olduğu kimi elm və təhsildə qazanılan bir çox nailiyyətlər alınmış elmi nəticələrin və irəli sürülən innovativ ideyaların ölkəmizdə biliyə əsaslanan və rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması üçün tətbiqini zəruri edib. Hazırda universitetlərin daha bir funksiyası gənclərin təşəbbüskarlıq meyillərini inkişaf etdirmək, onların innovativ ideyalarına münbit şərait yaratmaq və bu layihələri mənfəət gətirən sahəyə çevirməkdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Təhsil Nazirliyinin dəstəyi və Gəncə Dövlət Universitetinin İnnovasiyalar departamentinin təşkilatçılığı ilə həyata keçirilən “Yeni bir fikrim var” təşəbbüskarlıq müsabiqəsinin final mərhələsində səsləndirilib.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının alimləri, Milli Məclisin deputatları, yerli və xarici iş adamları, eləcə də Gəncə Dövlət Universitetinin alim və gənc tədqiqatçıları iştirak ediblər.

Universitetin rektoru, professor Yusif Yusibov bildirib ki, texnoloji yeniliklər dövründə innovasiya və sahibkarlıq iqtisadi inkişafı sürətləndirən əsas amillərdəndir. Hazırda yüksək tərəqqiyə çatmış ölkələr öz iqtisadiyyatlarının dayanıqlılığını və rəqabətqabiliyyətliliyini təmin etmək üçün innovasiyayönümlü iqtisadiyyatı seçiblər.

Azərbaycanda da bu sahədə bir çox uğurların əldə olunduğunu deyən rektor qeyd edib ki, son illərdə Prezident İlham Əliyev tərəfindən ölkə iqtisadiyyatının neft və qaz amilindən asılılığının azaldılması, eyni zamanda, qeyri-neft sektorunun inkişafı və innovasiyaların tətbiqinə əsaslanan iqtisadiyyatın qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilib, müvafiq tapşırıq və sərəncamlar verilib.

Vurğulanıb ki, ölkə başçısının bu sahədəki çağırışlarına cavab olaraq, eləcə də “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” dövlət proqramlarının icrasına dəstək məqsədilə Gəncə Dövlət Universitetində respublikamızın qərb regionunda ilk dəfə innovasiyalar departamenti fəaliyyətə başlayıb.

“İnnovasiyalar departamentinin əsas məqsədi ali təhsil mühitində təşəbbüskarlıq mədəniyyətini formalaşdırmaq və innovasiyayönümlü sahibkarlığın inkişafı məqsədi ilə biznes inkubatorlarının yaradılmasına şərait yaratmaqdır. Beynəlxalq təcrübə də göstərir ki, innovasiyayönümlü iqtisadiyyatın inkişafını sürətləndirmək üçün ən əlverişli üsullardan biri universitetlərin tərkibində biznes inkubatorlarının və texnoloji parkların yaradılmasıdır”,- deyə Y.Yusibov fikirlərini bölüşüb.

Universitetin elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib ki, innovasiyalar departamentinin təşkilatçılığı ilə həyata keçirilən “Yeni bir fikrim var” təşəbbüskarlıq müsabiqəsi üçün ötən ilin dekabrından müraciətlərin qəbuluna başlanılıb. Müsabiqədə ümumilikdə akademik heyət tərəfindən 43, tələbələrdən isə 62 müraciət qeydə alınıb. Onlardan finala akademik heyət üzrə 5, tələbələr üzrə isə 7 layihə çıxa bilib.

Müsabiqədə həm akademik heyət, həm də tələbələrin layihələrindən finala çıxan ilk üç yerin qalibinin pul mükafatı qazanacağını deyən P.Kərimzadə bildirib ki, layihənin həyata keçirilməsində Türk Hava Yolları, “Bakcell” və “Coca-Cola Bottlers” Ltd şirkətləri, eləcə də yerli iş adamları maliyyə dəstəyi göstəriblər.

Müsabiqə iştirakçıları yeni layihələri əsasında hazırlanmış təqdimatla çıxış ediblər.

Münsiflər heyəti iştirakçıların layihələrini qiymətləndirib, akademik heyət və tələbələr arasından seçilən ilk üç yerin qalibləri mükafatlandırılıblar.

Qeyd edək ki, münsiflər heyətinin çoxballı qiymətləndirməsinə əsasən akademik heyətdən Vaqif Rüstəmovun “Arıları gənələrdən xilas edən qurğu” layihəsi birinci yerə, Cavid Bağırzadənin “Tarixi abidələrin öyrənilməsi və təbliği üzrə turizm şirkətinin yaradılması” layihəsi ikinci yerə, Əbülfət Məhərrəmovun “Meyvə qurudan qurğu” layihəsi isə üçüncü yerə layiq görülüb. Tələbələrdən Sevinc Quliyevanın “Erkən yaşda düzgün ixtisas seçiminin aparılması” layihəsi birinci yerə, türkiyəli Mihrican İnakın “Kaliforniya soxulcanı vasitəsilə gübrə istehsalı” layihəsi ikinci yerə, İlkin Məmmədzadənin “Gəncə şəhərində turizm yerlərini göstərəcək xəritə” layihəsi isə müsabiqədə üçüncü yerə layiq görülüb.

Gəncə Dövlət Universitetində “Yeni bir fikrim var” təşəbbüskarlıq müsabiqəsinin qalibləri mükafatlandırılıblar VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?