REGİONLAR
Gəncə Dövlət Universitetində milli qəhrəmanlarımıza həsr olunmuş tədbir keçirilib
Gəncə, 15 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Gəncə Dövlət Universitetində “Milli qəhrəmanlarımızı tanıyaq və tanıdaq” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə universitetin tələbələri ilə yanaşı, Gəncə şəhərinin 4 və 39 nömrəli məktəblərinin müəllim və şagirdlər də iştirak ediblər.
Bildirilib ki, Azərbaycan xalqı yalnız özünün yaratdığı maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqisi ilə deyil, həm də böyük tarixi şəxsiyyətləri, sərkərdə və qəhrəmanları ilə də öyünə bilər.
Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğullarının şərəfli döyüş yolundan söhbət açılıb, iştirakçılara bu barədə ətraflı məlumat verilib, şəhidlərin xatirəsinə həsr olunan şeirlər səsləndirilib.
Tədbirdə universitet tələbələrinin milli qəhrəmanlar haqqında hazırladıqları iki videoçarx təqdim olunub.
Sonda bildirilib ki, gənclərin vətənpərvərlik tərbiyəsində böyük rol oynayan bu cür tədbirlər mütəmadi olaraq təşkil ediləcək.