REGİONLAR


Gəncə Dövlət Universitetində təhsil alan xarici tələbələrin sayı artıb

Gəncə, 14 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

2017-2018-ci tədris ili Gəncə Dövlət Universiteti (GDU) üçün uğurlu göstəricilərlə başlayıb. Respublikamızın qərb bölgəsində fəaliyyət göstərən və pedaqoji kadrların hazırlanmasında ən böyük ali məktəblərdən olan Gəncə Dövlət Universitetində builki tələbə qəbulu planı 90 faizə yaxın yerinə yetirilib. Universitetin tələbələri arasında xarici ölkələrin vətəndaşları da var.

Bu barədə AZƏRTAC–a universitetin beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov məlumat verib.

O bildirib ki, respublikamızda sayılıb-seçilən, qərb regionunun nüfuzlu ali təhsil müəssisəsi olan Gəncə Dövlət Universiteti 80 illik yubileyi ərəfəsində Azərbaycan təhsilinə dəyərli töhfələr verməkdədir. Yeni dərs ilinə başlamaq üçün universitetdə hər cür şərait yaradılıb. Son illər universitetdə ixtisas fənləri üzrə elmi dərəcəsi olan müəllimlərə üstünlük verilir, tədris zamanı müasir təlim texnologiyalarından istifadə olunur. Hazırda universitetdə Türkiyə, Pakistan, Rusiya, Gürcüstan, Türkmənistan, Qazaxıstan və Özbəkistan vətəndaşları olan 30 tələbə təhsil alır. Həmin tələbələrdən 3-ü doktorantura pilləsində, digərləri isə bakalavr səviyyəsi üzrə təhsillərini davam etdirirlər. Universitetdə beynəlxalq əlaqələr şöbəsi fəaliyyət göstərir. Şöbənin nəzdində xaricdən olan tələbələr üçün Azərbaycan dili hazırlıq kursu fəaliyyət göstərir. Dərsləri təcrübəli müəllimlər, professor və dosentlər tədris edirlər.

Universitet yeni tədris ilində xarici ölkə vətəndaşları üçün 40 ixtisas üzrə tələbə qəbulu elan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.