REGİONLAR


Gəncə Dövlət Universitetinin futzal komandası ali məktəblər arasında keçirilən çempionatın qalibi olub

Gəncə, 7 dekabr, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Həmkarlar İttifaqları Konfedarasiyasının təşəbbüsü və təşkilatçılığı ilə ali təhsil müəssisələri arasında futzal üzrə respublika çempionatı keçirilib.

Gəncə Dövlət Universitetinin İdman klubunun rəhbəri Xaqani Umudov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, universitetin komandası da bu çempionatda iştirak edib.

Baş məşqçi Tural Əliyevin rəhbərliyi ilə çempionata qatılan komanda ilk mərhələdə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Komanda yarımfinalda Memarlıq ve İnşaat Universitetinin futzal komandasını məğlub edərək finala yüksəlib. Finalda isə Pedaqoji Universitetin futzalçıları üzrərində üstünlüyünü təmin edən komanda ali məktəblər arasında respublika çempionu olub.

Qeyd edək ki, Gəncə Dövlət Universitetinin futzal komandası Azərbaycan Həmkarlar İttifaqları Konfedarasiyasının təşəbbüsü və təşkilatçılığı ilə ali təhsil müəssisələri arasında keçirilən yarışlarda 2015-ci ildə 3-cü yeri, 2017-ci ildə isə 2-ci yeri tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.