ELM VƏ TƏHSİL


Gəncə Dövlət Universitetinin qəbul planında I ixtisas qrupu üzrə boş qalan yerlərə ixtisas seçimi aparılır

Bakı, 7 sentyabr, AZƏRTAC

Gəncə Dövlət Universitetinin 2021-2022-ci tədris ili üzrə qəbul planında I ixtisas qrupu üzrə 61 yer boş qalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “Abituriyent” jurnalının 7-ci nömrəsində dərc olunub.

Gəncə Dövlət Universitetində fizika, riyaziyyat, informatika müəllimliyi və kompüter elmləri üzrə ödənişli əsaslarla təhsil almaq istəyənlər boş qalan plan yerlərinə internet vasitəsilə ixtisas seçimi edə bilərlər. Təhsil əyani formadadır.

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi internet vasitəsilə sentyabrın 10-dək aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.