MƏDƏNİYYƏT


Gəncə Dram Teatrında yeni tamaşa hazırlanır

Bakı, 7 iyul, AZƏRTAC

Gəncə Dövlət Dram Teatrında Amerika yazıçısı Con Patrikin “Qəribə missis Sevic” pyesi tamaşaya qoyulur.

AZƏRTAC ilkin məşq prosesi gedən tamaşanın quruluşçu rejissoru Elşad Əhmədov, quruluşçu rəssamı Mirzə Mehdi Hüseyn, musiqi tərtibatçısı Sevda Əliyevadır.

Əsərin baş qəhrəmanı milyonçu dul qadın Etel Sevic insanların qəribə arzularının yerinə yetirilməsinə kömək göstərmək üçün fond yaradır. Ögey övladları bunu öyrəndikdən sonra onu psixiatriya xəstəxanasına yerləşdirməyə və beləcə, qəyyumluğa götürməyə qərar verirlər.

Səhnə işində Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər Rahilə Məmmədova, Sevda Orucova, Ramiz Vəliyev, Kəmalə Məmmədova, aktyorlar Ruslan Hüseynov, Elmir Məmmədov, Samir Abbasov, Sevinc Hüseynova, Rauf Hüseynov rol alıblar.

Tamaşa yeni mövsümdə teatrsevərlərə təqdim olunacaq.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.