REGİONLAR


“Gəncə Gənclər Debat Forumu” layihəsinin final və mükafatlandırma mərasimi keçirilib

Gəncə, 17 may, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə "Respublika Gənclər Debat Forumu: Yaz, 2022" layihəsi çərçivəsində keçirilən “Gəncə Gənclər Debat Forumu” layihəsinin final və mükafatlandırma mərasimi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.

Tədbirdə Milli Məclisin deputatı Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədri Ramin Orucov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova, təhsil müəssisələrinin nümayəndələri, təşkilat rəhbərləri və 500-dək tələbə iştirak edib.

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova Forumun açılış nitqini etdikdən sonra layihə barədə məlumat verib.

Tədbir sonra rəsmi qonaqların çıxışları ilə davam edib.

“Erkən nikahların qarşısının alınmasında ailə əsas faktordur” mövzusunda keçirilən Forum çərçivəsində yaz mövsümü təlimlərində 400-dən çox gənc, debatlarda isə 48 komanda olmaqla 144 gənc, 11 hakim iştirak edib və maariflənib.

“Gəncə Gənclər Debat Forumu: Yaz, 2022”nin final mərhələsində Gəncə Gənclər Evinin debat klubunun “Night of fire” və ADAU debat klubunun “Larissa” komandaları debat aparıblar.

Tədbirin sonunda isə ən yaxşı natiqlər, finalçı və qalib “Larissa” komandası mükafatlandırılıb.

Qeyd edək ki, layihənin məqsədi gənclər arasında natiqlik mədəniyyətinin inkişaf etdirilməsi vasitəsi ilə onların qərarvermə proseslərində, ictimai aktuallıq daşıyan məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etmək və erkən nikahlar, onun fəsadları haqqında gənclərin məlumatlılığını artırmaq, fikir mübadiləsi aparmaqdır.

Layihənin təlimləri və regional forumları Bakı, Sumqayıt, Quba, Lənkəran, İsmayıllı, Biləsuvar, Şirvan, Ağdam, Mingəçevir, Şəki və Gəncəni əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.