ELM VƏ TƏHSİL


Gəncə Peşə Təhsili və Təlimi Mərkəzində müasir standartlara cavab verən ilk sənaye emalatxanası açılıb

Bakı, 10 iyul, AZƏRTAC

İyulun 10-da Gəncə Peşə Təhsili və Təlimi Mərkəzində müasir standartlara cavab verən ilk sənaye emalatxanasının açılış mərasimi olub.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, emalatxana mərkəzin yeni tədris planına daxil edilən 6 mühüm ixtisasın tədrisi üçün beynəlxalq standartlara cavab verən sənaye və texniki təlim avadanlıqları ilə təchiz edilib. Yeni açılan emalatxanada tələbələrin təhsil aldıqları ixtisaslar üzrə istehsalat təliminə cəlb olunması, onların avadanlıq və texnika ilə sərbəst işləmək bacarığına yiyələnməsi nəzərdə tutulub.

Açılış mərasimində iştirak edən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakasetti, Təhsil nazirinin müavini İdris İsayev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin müşavir-elçisi və Əməkdaşlıq şöbəsinin rəhbəri xanım Simona Qatti emalatxananın maddi-texniki bazası ilə tanış olublar.

Sonra peşə təhsili müəssisələri və regionunun müxtəlif biznes dairələri, xüsusən də kiçik və orta müəssisələr arasında tərəfdaşlığı gücləndirmək məqsədi daşıyan dəyirmi masa keçirilib. Dəyirmi masada milli peşə təhsili müəssisələrinin imkanlarını gücləndirmək məqsədilə hazırlanan dövlət-özəl sektor tərəfdaşlığı üzrə çərçivə sənədinə rəy bildirilməsi üçün özəl sektora təqdim olunub.

Növbəti aylarda özəl sektorla danışıqlar davam etdirilməsi və sonrakı mərhələdə Sənaye üzrə Gəncə Regional Peşə Kompetensiya Mərkəzinin məzunları üçün biznes qurumlarda iş yerlərini təmin etmək məqsədilə ümumi mexanizmlər cədvəlinin işlənilib hazırlanması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.