SİYASƏT


Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə keçirilən musiqi müsabiqəsinə yekun vurulub

Bakı, 13 fevral, AZƏRTAC

Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə Gənclər Günü münasibətilə təşkil etdiyi musiqi müsabiqəsinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, müsabiqədə Gəncə və Naftalan şəhərlərinin, Göygöl, Daşkəsən, Goranboy, Bərdə, Gədəbəy, Tərtər, Xocavənd, Ağcabədi, Tovuz, Beyləqan, Şəmkir, Ağstafa, Qazax rayonlarının nümayəndələri iştirak edib. Müsabiqəyə 264 istedadlı gənc və hərbi qulluqçu qatılıb. İlk konsertdən sonra 154 iştirakçı ikinci tura vəsiqə qazanıb və ikinci turun yekunlarına görə 87 iştirakçı yarımfinala adlayıb.

Müsabiqənin yarımfinal konsertindən sonra final mərhələsinə 37 iştirakçı yüksəlib. Qalib adı uğrunda mübarizə aparan iştirakçıların www.veten-ugrunda.az saytında pulsuz səsverməsi keçirilib. Hər kəs öz bəyəndiyi iştirakçıya səs verib. Gənclər Gününə həsr edilmiş musiqi müsabiqəsi iştirakçılarına səsvermə fevralın 2-də saat 22:00-dan etibarən başlayıb və fevralın 7-si saat 22:00-da yekun vurulub.

Müsabiqə iştirakçılarına www.veten-ugrunda.az saytında internet səsvermədə iştirak edənlərin sayı 591 min 784 nəfər olub.

İştirakçılar müsabiqə şərtlərinə uyğun olaraq vokal, rəqs, musiqi alətləri və bədii qiraət üzrə çıxış ediblər. Münsiflər heyəti tərəfindən əsasən musiqi alətlərində fərqli ifaya, səhnə davranışına üstünlük verilib.

İnternet səsverməsinin nəticələrinə görə musiqi müsabiqəsi iştirakçıları arasında qaliblər müəyyənləşib.

“Musiqi alətləri” nominasiyası üzrə birinci yeri əsgər Tahir Əliyev, “Vokal“ nominasiyası üzrə birinci yeri əsgər Azər Süleymanov tutub. “Rəqs“ nominasiyası üzrə birinci yerə Səkinə Məmmədova, “Bədii qiraət” nominasiyası üzrə ilk yerə isə “Vətənpərvərlər” qrupu layiq görülüb.

Müsabiqə iştirakçılarına müxtəlif mükafatlar və fəxri fərmanlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.