ELM VƏ TƏHSİL
Gəncə-Qazax bölgəsinin erkən metal istehsalı dövrü abidələri haqqında monoqrafiya çap olunub
Bakı, 17 may, AZƏRTAC
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Kadrlar şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Leyla Rüstəmovanın “Gəncə-Qazax bölgəsinin erkən əkinçi-maldar əhalisinin metal məmulatı” monoqrafiyası çap olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda Gəncə-Qazax bölgəsinin eramızdan əvvəl V-III minilliklərə aid erkən metal istehsalı dövrü abidələri araşdırılıb, bölgənin erkən metallurgiya və metal istehsalının xarakterik xüsusiyyətləri, onun xammal mənbələri, metal əşyaların tipoloji təsnifatı, istehsalın texniki üsulları və erkən metallurgiyanın istehsal vasitələri daha ətraflı və dolğun şəkildə təqdim edilib.
Zəngin ədəbiyyat siyahısı, hesabatlar və arxiv materiallarını özündə əks etdirən monoqrafiya tədqiqatçılar, tarixçilər, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]