CƏMİYYƏT


Gəncə Tibb Kollecinin tələbələrinə könüllülük və sosial fəaliyyət barədə təlim keçilib

Bakı, 4 fevral, AZƏRTAC

“Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nda gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi, eləcə də tibb tələbələrinin könüllü fəaliyyəti, onların arasında sosial fəaliyyət və könüllülüyün təbliğinin əsas məsələlərdən biri olduğu qeyd olunub. Bu sahədə tibb kolleci tələbələrinin üzərinə də xeyli vəzifə düşür.

AZƏRTAC xəbər verir ki, Gəncə Tibb Kolleci tələbələrinin iştirakı ilə Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən XI qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən ”Tibb tələbələri arasında sosial fəaliyyət və könüllülüyün təbliği” layihəsinin növbəti təlimlərində bu barədə danışılıb.

Təlimin əvvəlində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin texniki dəstəyi ilə həyata keçirilən layihənin rəhbəri Şəhla Mirzəzadə layihənin əhəmiyyəti və tibb tələbələrinin könüllü fəaliyyətə təşviq olunmasının vacibliyindən bəhs edib.

İki gün davam edən layihə çərçivəsində tələbələr arasında sosial fəaliyyət və könüllülüyün əhəmiyyəti, layihələrin yazılması və idarə olunması, eləcə də Gənclər Fonduna müraciət qaydaları haqqında interaktiv təlim sessiyaları təşkil olunub. Ekspert İlahə Mirzəzadə sağlamlıq sahəsində tibb tələbələrinin könüllü çalışmasının əhəmiyyətindən bəhs edib və könüllülük fəaliyyəti ilə bağlı öz təcrübəsini bölüşüb.

Qeyri-formal təhsil metodları əsasında təşkil olunan təlimlər zamanı tələbələri maraqlandıran suallara cavablar verilib, maarifləndirici bukletlər paylanılıb və sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.