REGİONLAR
“Gəncə - 2016 Avropa Gənclər Paytaxtı Kuboku” uğrunda gənc intellektlərin yarışı keçiriləcək
Gəncə, 20 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
“Gəncə - 2016 Avropa Gənclər Paytaxtı Kuboku” layihəsi çərçivəsində gənc intellektlərin yarışı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, layihə Prezident yanında Gənclər Fondunun dəstəyi, Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə icra olunacaq.
Layihənin əsas məqsədi Gəncə şəhərində gənclərin təhsilə marağını artırmaq, onların intellektual inkişafına dəstək olmaq, asudə vaxtlarını təhsilə istiqamətləndirmək, həmçinin gənc intellektləri üzə çıxarıb həvəsləndirmək və cəmiyyətə təqdim etməkdir.
Layihənin rəhbəri Təhminə Cəfərova deyib ki, “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı Kuboku” uğrunda yarışlarda, ümumilikdə, 20 komandanın və 18-29 yaş qrupunda 120 gəncin iştirakı nəzərdə tutulub.