REGİONLAR
Gəncə bölgəsində 60 min işçinin əmək müqaviləsi elektron-informasiya sisteminə daxil edilib
Gəncə, 24 sentyabr (AZƏRTAC). 2014-cü ilin ötən dövrü ərzində, ümumilikdə, Gəncə, Samux və Göygöldə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda çalışan 60 mindən çox işçinin əmək müqaviləsi elektron-informasiya sisteminə daxil edilib.
Bu barədə AZƏRTAC-a məlumat verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin 21 saylı Gəncə regional şöbəsinin rəisi Xəqani Səfərov deyib ki, bu işdə həm dövlət, həm də qeyri-dövlət müəssisələri fəallıq göstəriblər. Hazırda işəgötürənlərlə işçilər arasında bağlanan əmək müqavilələrinin elektron-informasiya sisteminə daxil edilməsinin üstünlükləri barədə maarifləndirmə işləri davam etdirilir. Çalışırıq ki, işə qəbul olunan hər kəs gələcəkdə sosial-təminat hüquqlarının müdafiəsində bunun böyük əhəmiyyəti olduğunu dərk etsin.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]