İDMAN


“Gəncə” idman klubunun gələcək planları müzakirə olunub

Bakı, 14 may, AZƏRTAC

“Gəncə” idman klubunun İdarə Heyətinin sədri Elvar Osmanov Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri Ramil Orucov ilə görüşüb.

Klubun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə təşkilatın sədrinə “Gəncə” idman klubunun fəaliyyəti, əldə olunan nailiyyətlər və gələcək planlar barədə məlumat verilib. Görüşdə gənclərin idmana cəlb olunması, sağlam və vətənpərvər gəncliyin yetişməsi üçün birgə əməkdaşlığın perspektivləri müzakirə olunub. Həmçinin klubun yeni bazasında təmir-bərpa işlərinin aparıldığı R.Orucovun diqqətinə çatdırılıb. Qeyd olunub ki, klubun bazasında idmançıların məşq etməsi üçün hər cür şərait yaradılacaq. İdman qurğusu beynəlxalq standartlara tam cavab verəcək.

YAP Gəncə şəhər təşkilatının sədri görüşün əhəmiyyətini və klubun əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. R.Orucov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan uğurlu idman siyasətinin hazırda ölkə başçısı İlham Əliyev tərəfindən davam etdirildiyini, idmançılarımızın beynəlxalq arenadakı uğurlu çıxışını və Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını diqqətə çatdırıb.

R.Orucov gənclərin pis vərdişlərdən uzaqlaşması, asudə vaxtlarının səmərəli təşkil olunması və vətənpərvərlik sahəsində maarifləndirilməsi istiqamətində təşkilatın kluba həmişə dəstək olacağını vurğulayıb.

Sonda qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.