CƏMİYYƏT


Gəncə şəhər gəncləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad ediblər

Bakı, 25 fevral, AZƏRTAC

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Gəncədə şəhər gənclərinin və Xocalı rayon sakinlərinin iştirakı ilə anım tədbiri keçirilib.

AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, tədbirdə iştirak edən Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndələri, şəhər gəncləri, Xocalı rayonunun Yaloba və Kosalar kəndlərinin sakinləri əvvəlcə soyqırımı abidəsini ziyarət edib, faciə qurbanlarının xatirəsini dərin ehtiramla anıblar.

Tədbirdə bildirilib ki, Xocalı soyqırımı insanlığa qarşı qanlı cinayətlərdən biri kimi bəşər tarixinə qanla yazılıb. Təkcə bir gecədə 613 günahsız insan, o cümlədən 106 qadın, 63 uşaq və 70 ahıl şəxs qətlə yetirilib, 1275 nəfər girov götürülüb, 150 nəfərin taleyi indiyədək məlum deyil. Dünya bu vəhşiliyə göz yummamalı, bu qətliamı soyqırımı kimi tanımalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.