CƏMİYYƏT


Gəncə şəhərində 8-ci regional konfrans keçiriləcək

Bakı, 12 may, AZƏRTAC

Mayın 13-də Səhiyyə Nazirliyi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə “Respublikanın regionlarında oftalmologiyanın müasir nailiyyətləri” mövzusunda 8-ci regional konfrans keçiriləcək.

Mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən AZƏRTAC-a verilən xəbərə görə, Gəncə şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək konfransın məqsədi oftalmologiya sahəsində baş verən yenilikləri, nailiyyətləri araşdırmaq, təkliflər vermək, oftalmologiya sahəsində baş verən ən son yeniliklərdə region həkimlərinin iştirakını təmin etmək və onların da bu yeniliklərdən istifadə etməsinə dəstək olmaqdır. Konfransda region və mərkəzin həkim heyəti iştirak edəcək və öz məruzələri ilə çıxış edəcəklər.

Konfransda “Gəncə-Qazax iqtisadi rayonunda oftalmoloji yardımın optimallaşdırılması”, “Uşaqlarda refraksiya patologiyaları və çəpgözlük zamanı aparılan pleoptik, ortoptik və cərrahi müalicə metodlarının effektivliyi”, “Vitreoretinal patologiyanın müasir müalicəsinə dair”, “Astiqmatizm və yüksək dərəcəli miopiyalı xəstələrdə FEMTO-LASIK korreksiyası. Nəticələr”, “Travmatik katarakta zamanı optimal taktika seçimi”, “Allergik konyunktivitlər”, “Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialındaki fəaliyyətləri” kimi məsələlər müzakirə ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.