CƏMİYYƏT
Gəncə şəhərində avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlayan şəxs məsuliyyətə cəlb olunub
Bakı, 3 may, AZƏRTAC
Kəpəz Rayon Polis İdarəsinə aprelin 28-nə keçən gecə Gəncə şəhər sakini E.Əsgərovun “VAZ-21214” markalı avtomobilinin dövlət qeydiyyat nişanlarının oğurlanması, avtomobilin cızılması və təkərlərinin deşilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin avtomobilin qeydiyyat nişanlarını oğurlamaqda və avtomobilə qismən ziyan vurmaqda şübhəli bilinən Gəncə şəhər sakini S.Əliyev polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.