CƏMİYYƏT


Gəncə şəhərində iki əncir ağacının qanunsuz kəsildiyi aşkarlanıb

Bakı, 14 noyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, keçirilən reyd zamanı Gəncə şəhəri, Nizami rayonu, Rüstəm Əliyev küçəsi, 1 ünvanında yerləşən yaşayış evinin qarşısındakı sahədə yaşköküstə iki əncir ağacının kəsildiyi aşkar edilib. Araşdırma zamanı ağacları həmin ünvanda yaşayan Afət Qəmbərovanın qanunsuz kəsdiyi məlum olub. Faktla bağlı protokol tərtib edilib.

İnzibati xəta törətdiyinə görə qanun pozucusu barəsində fiziki şəxs qismində 2000 manat məbləğində cərimə tətbiq olunub, təbiətə dəymiş ziyana görə 600 manat məbləğində iddia qaldırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.